“Bu, bizim üçün təhlükəlidir”- - “Yanq Boyz”un baş məşqçisi

bu-bizim-ucun-tehlukelidir-
Oxunma sayı: 691


“Qafqazinfo” xəbər verir ki, Uli Fortenin gedişindən sonra onu əvəz edən mütəxəssis Azərbaycan klubu haqqında danışıb. 

Qamperle bildirib ki, “Qarabağ” onların üçün çətin rəqibdir: “”Qarabağ” güclü müdafiə xəttinə malik komandadır. Onlar meydanın mərkəzində sıx oynamağı sevirlər. Onların “Seltik”ə qarşı 2 oyununu gördüm. Həftəsonu çempionat oyunlarını da izlədim. Həmçinin heyətlərində müxtəlif ölkələrdən oynayan futbolçular var. Onlar yüksək individual keyfiyyətlərə malikdir. Bu da bizim üçün təhlükəlidir. Onlar ötən mövsüm Avropa Liqasında oynadıqları üçün bu il də hədəfləri qrupa düşməkdir. Amma çalışacağıq ki, rəqibimizdən üstün olaq”. 

Qeyd edək ki, “Yanq Boyz” – “Qarabağ” oyunu bu gün Bernin “Stad de Suiss” arenasında saat 23:00-da başlayacaq.

“Qafqazinfo”