Bu bölgəmizdə ən yaşlı seçici 104 yaşındadır

bu-bolgemizde-en-yasli-secici-104-yasindadir
Oxunma sayı: 2301

Naxçıvan Muxtar Respublikasında ən yaşlı seçici 104 yaşındadır.

“Qafqazinfo” xəbər verir ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində muxtar respublika üzrə qeydə alınan ən yaşlı seçici 1920-ci il təvəllüdlü Hüseynəliyeva Şərəf Muxtar qızıdır.

O, 2 saylı Şərur - Kəngərli seçki dairəsinin 41 saylı Qıvraq seçki məntəqəsində səs verəcək.