“Bu, Bred Pitti öpmək üçün son şansım idi”

bu-bred-pitti-opmek-ucun-son-sansim-idi
Oxunma sayı: 3461

Məşhur aktrisa Marqo Robbie "Babylon" filmində Bred Pittlə çəkilişləri ilə bağlı maraqlı etiraf edib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, avstraliyalı aktrisa tərəf müqabili ilə ssenaridən kənar öpüşməsi barədə danışıb.

Onun sözlərinə görə, rejissor Damien Çellezə Bred Pitti – Ceki öpmək istədiyini bildirib:

“Ona bu fürsətin bir daha qarşıma çıxmayacağını söylədim. Damien bunun obraza uyğun gəldiyini dedi. Lakin öpüşmə səhnəsi ssenaridə yox idi".