Londonun ICE birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 2023-cü il noyabrın 30-dan bəri ilk dəfə bir barel üçün 84 dolları ötüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, ICE məlumatlarına əsasən, Brent neftin qiyməti 1,46% artaraq bir barel üçün 84,8 dollar təşkil edib.
ABŞ-nin “West Texas Intermediate” neftinin qiyməti də 1,6%-ə qədər artaraq maya dəyəri 79,29 dollar/barelə çatıb.
Qeyd edək ki, daha öncə məlum olub ki, Yaxın Şərqdə gərginliyin artması səbəbindən Brent markalı neftin qiyməti 90 dollar və ya daha çox bahalaşa bilər.
Honq-Konqlu analitik Neil Beveridge əsas risk faktoru kimi ABŞ və müttəfiqlərinin İrana qarşı daha sərt tədbirlər görməyə dair mümkün qərarını hesab edir. Onun sözlərinə görə, Tehrana qarşı sanksiyaların istənilən sərtləşdirilməsi neftin qiymətinin artmasına səbəb olacaq.
Son xəbərlər
Son Xəbərlər