Bu cərimələr 2 000 manatadək artırılır

bu-cerimeler-2-000-manatadek-artirilir
Oxunma sayı: 4333

Dövlət və ya bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə cərimələrin artırılması təklif edilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə yer alıb.

Belə ki, sözügedən qaydaların pozulmasına görə, fiziki şəxslər iki yüz manat (200) məbləğində, vəzifəli şəxslər beş yüz manat (500) məbləğində, hüquqi şəxslər iki min manat (2 000) məbləğində cərimə ediləcək.

Günel Türksoy