İngilis rəssam Lucian Freydin “Şişman Sue” adlı tablosu New-Yorkdakı hərrac evində 55 milyon dollara satılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tablodakı qadın 1994-cü ildə “İctimai yardım” təşkilatında nəzarətçi çalışan Sue Tilleydir.
O, 120 kq çəkiyə sahibdir, Londonda yaşayır. Sue rəssama poza verməsi üçün hər gün 20 avro qonorar alıb.
Qeyd edək ki, məşhur rəssam 2011-ci ildə dünyasını dəyişib.
Xatırladaq ki, Freydin “Şişman Sue” seriyalı tablolarından birini isə 2008-ci ildə rusiyalı milyarder Roman Abramoviç 33.6 milyon dollara almışdı.

Son xəbərlər
Son Xəbərlər