Bu çimərliklər istifadəyə yararlıdır - Rəsmi açıqlama

Bu çimərliklər istifadəyə yararlıdır
Oxunma sayı: 3931

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərliklərdə monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, aparılan monitorinq və araşdırmaların nəticələrinə görə Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır.

Hazırda Xəzər dənizinin digər çimərliklərində də monitorinq və araşdırmalar davam etdirilir.