“Bu, çirkin iftiraya ən yaxşı cavabdır” - - Ramiz Mehdiyev

bu-cirkin-iftiraya-en-yaxsi-cavabdir-
Oxunma sayı: 4576


“Qafqazinfo” xəbər verir ki, R.Mehdiyev Azərbaycanda korrupsiya ilə mübarizənin sistemli xarakter daşıdığını, bura həmçinin səhiyyə və təhsil sahəsi də daxil olduğunu deyib. O, ASAN xidmət mərkəzinin buna sübut olduğunu bildirib. Onun sözlərinə görə, bu, dövlət orqanlarının fəaliyyətinin şəffaflığının təmin edilməsii və korrupsiya ilə mübarizə sahəsində son 10 ildə həyata keçirilən ən institusional islahatdır: “O, Qərbin özü üçün belə nümunə ola bilər. Azərbaycan ABŞ prezidenti Barak Obamanın təşəbbüskarlığı ilə yaranan Açıq Hökumət Əməkdaşlığına qoşulan ilk dövlətdir. Əksər ixtisaslaşmış beynəlxalq təşkilatlar –İqtisadi Əməkdaşlıq və İnkişaf, «Transparency International» korrupsiya ilə mübarizə sahəsində fəaliyyəti yüksək qiymətləndiriblər. «Transparency International»ın son son araşdırmasına görə, ölkə əhalisinin 68 faizi korrupsiya ilə mübarizə sahəsindəki görülən tədbirləri effektiv hesab ediblər”. 

R.Mehdiyev, həmçinin səfirin Azərbaycan hökumətinin monolit olmaması ilə bağlı səsləndirdiyi fikrə münasibətini açıqlayıb. Onun fikrincə bu, səfirin növbəti yanılmasıdır və həqiqətə aidiyyatı yoxdur: “Prezident İlham Əliyevin komandası kifayət qədər monolitdir. Azərbaycanın uğurlu xarici və daxili siyasəti bu çirkin iftiraya ən yaxşı cavabdır. Xarici siyasəti müəyyənləşdirərkən hökumət ayrı-ayrı şəxslərin şəxsi simpatiya və antipatiyasından deyil, ölkənin maraqlarından çıxış edir. Bütün bunlar Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konvensiyasında yazılıb. Səfir istərsə, həmin sənədlərlə tanış ola bilər. Bu fikirləri söylərkən görünür ki, səfir öz ölkəsinin praktikasından çıxış edir. Hansı ki, ABŞ-ın siyası elitası arasında xarici siyasətə baxışda ciddi fikir ayrılğı var. Bunun bariz nümunəsi də odur ki, ABŞ prezidenti bir il ərzində Azərbaycana səfir təyin edə bilməmişdi. Bu, ABŞ-ın siyasi elitası arasındakı aydın ziddiyyətlərin göstəricisi deyilmi?”.