“Bu, çox rəmzi xarakter daşıyır” - Putin

bu-cox-remzi-xarakter-dasiyir
Oxunma sayı: 1576

“Azərbaycan Prezidenti ilə birgə indicə bizim tərəfimizdən imzalanan Rusiya və Azərbaycanın müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə dövlətlərarası münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə keçidi ilə əlamətdardır. Bu strateji sənəd apardığımız danışıqların mərkəzi elementi və əsas yekunudur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin deyib.

“Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin Rusiya ilə Azərbaycan arasında rəsmi diplomatik əlaqələrin 30 illiyinin tamam olduğu ildə imzalanması çox rəmzi xarakter daşıyır.

Ötən onilliklər ərzində Rusiya-Azərbaycan əməkdaşlığı nəzərəçarpacaq dərəcədə möhkəmlənib və genişlənib, siyasi, iqtisadi və humanitar sahələrdə çoxsaylı konkret qarşılıqlı faydalı layihələrlə zənginləşib.

Biz, sözsüz ki, möhkəm dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması ənənələrinə əsaslanmaqla əsl sıx qarşılıqlı müttəfiqlik münasibətlərini bundan sonra da hərtərəfli inkişaf etdirmək əzmindəyik.

Bu gün ikitərəfli gündəlikdə duran aktual məsələlərin bütün kompleksi ətraflı nəzərdən keçirildi. Biz hər şeydən əvvəl qarşılıqlı ticari-iqtisadi əlaqələrin artırılması imkanlarını və perspektivlərini müzakirə etdik.

Qeyd edim ki, 2021-ci ilin yekunlarına görə, qarşılıqlı əmtəə dövriyyəsi 16 faiz artıb və təqribən 3,4 milyard dollara çatıb, qarşılıqlı kapital qoyuluşunun ümumi həcmi isə 6 milyard dollar təşkil edir”, - Putin qeyd edib.