Partiyadan “Qafqazinfo”ya verilən məlumata görə, toplantıda həftə ərzində ölkədə, regionda və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər, ölkədə repressiyaların davamı və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Azərbaycana səfəri əsas müzakirə mövzusu oldu.
Toplantıda Azərbaycan hakimiyyətinin ictimai-siyasi fəallara qarşı repressiyaları davam etdirdiyi bildirilib Ötən həftə barəsində Cinayət Məcəlləsinin 221.3 (silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülərək, barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilmiş “Azadlıq” qəzetinin şərhçisi və siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” proqramının aparıcısı , AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzinin həbsi bir daha pislənilib.
Tədbir iştirakçıları qeyd etdilər ki, ictimaiyyət və vəkillərə Seymur Həziyə qarşı təxribat törədənin şəxsiyyətini, bundan əvvəl bu cür proseslərdə şahid qismində iştirak edib-etməməsini, edibsə neçə dəfə və hansı işlərdə iştirak etməsi araşdırılmalıdır. Bu araşdırma aparılarsa Seymur Həziyə qarşı törədilmiş təxribatla bağlı bir çox məsələlərə aydınlıq gətirilmiş olar. Bu cür adamlardan adətən ictimai-siyasi fəalların üzünə durması üçün istifadə olunur.
Blok üzvləri bir daha hakimiyyəti insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə əməl etməyə, ictimai-siyasi aktivlərə və jurnalistlərə qarşı aparılan repressiyalara son qoymağa, Seymur Həzi və digərlərinin barəsində seçilmiş həbs qəti-imkan tədbirinin dəyişdirilməsinə, istintaqın ədalətli və şəffaf aparılmasına çağırdı.
Son dövrlər Rusiyanın Ukrayna ərazisinə açıq qoşun yeritməsinə və orada vəziyyətin daha da gərginləşməsinə diqqət çəkən tədbir iştirakçıları qeyd etdilər ki, Rusiya digər qonşu dövlətləri də təhdid edir və onların haqqında aşağılayıcı tonda bəyanatlar verir. Bu yolverilməzdir. Beynəlxalq təşkilatlar Rusiyaya qarşı qəti addımlar atmalıdır. Bu addımlar Rusiyanın müharibəyə çəkilməklə yox, ciddi iqtisadi sanksiyalar tətbiq etməklə olmalıdır.
Blok üzvləri Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Azərbaycana gəlişini Türkiyə və Azərbaycan arasında strateji müttəfiqliyin daha da dərinləşməsi, və ölkələr arası əməkdaşlığın yeni mərhələyə qədəm qoyması baxımından əhəmiyyətli olduğunu bildirdilər.
Son xəbərlər
Son Xəbərlər