“Bu cür hallardan iyrənirəm” - Roma Papası

bu-cur-hallardan-iyrenirem
Oxunma sayı: 2149

Roma Papası Fransisk İsveçin paytaxtı Stokholmun əsas məscidi yaxınlığında Quranın yandırılmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Al-Ittihad” qəzetinə müsahibəsində danışıb.

“Mən qəzəblənmişəm, bu cür hallardan iyrənirəm. Xalqın müqəddəs hesab etdiyi hər hansı bir kitaba möminlərə hörmət naminə hörmətlə yanaşılmalıdır”.  

O əlavə edib ki, söz azadlığı heç vaxt başqalarını təhqir etmək üçün bəhanə kimi istifadə edilməməlidir.