"Qafqazinfo" xəbər verir ki, bu sözləri millət vəkili Fuad Muradov Avropa Oyunları ilə bağlı yayılan xəbərlərə və sözügedən idman tədbirini “ikinci dərəcəli yarışlar” kimi təqdim etməyə cəhd göstərilməsinə münasibət bildirərkən deyib:
“Avropa Olimpiya Komitələri həmin iddiaları alt-üst edərək, Birinci Avropa Oyunlarını “qitə idmanının ən yüksək zirvəsində dayanan idman tədbiri” olaraq dəyərləndirib. Düşünürəm ki, bu arqument kifayət edir. Lakin bu cür iddiaları ortaya atanlar heç olmasa imzalanan memorandumlara, cəlb edilən böyük şirkətlərin siyahısına nəzər salsınlar. Ən azından bunu düşünsünlər ki, böyük şirkətlər heç vaxt “ikinci dərəcəli yarışlarla” əməkdaşlıq etmir".
F. Muradov bundan əvvəl də Azərbaycanın ev sahibliyi etiyi mötəbər tədbirlər zamanı analoji vəziyyətin olduğunu diqqətə çatdırıb. “Avroviziya mahnı müsabiqəsi zamanı, yaxud Azərbaycanda keçirilən digər mötəbər tədbirlər öncəsi analoji hallar baş verirdi. Görünən odur ki, ölkəmizin qazandığı hər yeni uğur zamanı bəzilərinin də qarayaxma kampaniyası başlayır. Bu cür qərəzi və yalan informasiyaların yayılması ondan xəbər verir ki, düşmənlərimiz yetərincə təşvişə düşüb. İstər xaricdə olsun, istərsə də daxildə, istər mediada, istərsə də sosial şəbəkələrdə canfəşanlıq edənlər anlamalıdırlar ki, bütün cəhdləri nəticəsiz qalacaq. Eyni zamanda Azərbaycan istənilən beynəlxalq mediaya, informasiya cəhətdən açıq ölkədir. Sadəcə qərəzli informasiyalar yazmaqdansa, müraciət edib araşdırsalar və doğru informasiya əldə etsələr yaxşı olar. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi var. Ölkəmiz üçün bir ilk olsa da düşünürük ki, bundan əvvəl olduğu kimi Avropa Oyunları da müvəfəqqiyyət qazanacaq və gələcəkdə bu tendensiya davam edəcəkdir. Bunun üçün Azərbaycan ictimaiyyəti də öz töhfəsini verməli bu cür antimilli kampaniyalara qarşı mübarizə aparmalıdır”.
Son xəbərlər
Son Xəbərlər