“Bu cür qüvvələr hakimiyyət strukturlarına da sıza bilir”

bu-cur-quvveler-hakimiyyet-strukturlarina-da-siza-bilir
Oxunma sayı: 978


“Qafqazinfo” xəbər verir ki, V. Əhmədov bildirib ki,  Ukrayna ətrafında baş verən proseslərdən ruhlanan bəzi qüvvələr tələskinliyə yol veriblər:

"Onlar bununla həqiqi iç üzlərini ortaya qoydular. Təəssüf ki, bu cür qüvvələr hakimiyyət strukturlarına da sıza bilir. Qlobal səviyyədə şəbəkələşmiş gizli bir gücün hakimiyyət strukturlarına sızması Azərbaycan dövlətçiliyi üçün təhlükəlidir. Qlobal səviyyədə şəbəkələşmiş gizli gücün hakimiyyət strukturlarına sızması gələcəkdə dövlət içində dövlətin yaranmasına gətirib çıxara bilər. Bu da gələcəkdə  Azərbaycanın müstəqil şəkildə və heç bir qüvvədən asılı olmayan siyasət yürütməsinə məhdudiyyətlər yarada bilər. Əgər onların qarşısı indi alınmasa, bu təhlükə reallaşacaq.  Hamı bilməlidir ki, Azərbaycanda bütün fəaliyyət milətin və dövlətin təhlükəsizliyi və rifahı üçündür. Müstəqilliyimiz hər şeydən əziz və dövlətin toxunulmazlığı qırmızı xətdir”.