Bu da Aytacın qızı - Fotolar

bu-da-aytacin-qizi
Oxunma sayı: 964

Bir neçə ay öncə İstanbuda ana olan müğənni Aytac Vidadiqızı Bakıya qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, müğənni həyat yoldaşı Can ilə birlikdə Bakıda qızı üçün kiçik tədbir keçirib. Tədbirdə müğənninin dostları və qohumları iştirak edib. 

“Həyat yoldaşım və qızımla Bakıdayam. Burada yaşayırıq. Hələ ki, İstanbula getməyi düşünmürük. Can sağ olsun, bütün işlərimdə mənə dəstəkdir. Onun yanımda olması mənə xüsusi güc verir. Allah hər kəsə belə gözəl ailə və övlad qismət eləsin”,- deyə ifaçı bildirib. 

Müğənni qızı ilə ilk dəfə kamera qarşısına keçərək fotolar çəkdirib.