“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının XXVI turunda “Qəbələ”yə səfərdə 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.
“Qafqazinfo” Sport24.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssislər jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqda nə deyə bilərsiniz?
-“Kəpəz”qələbəyə layiq idi. Mövsümdə ilk dəfədi ki, rəqib bizdən üstün oyun sərgilədi. Ozü də bütün komponentlərdə. Ancaq bu da bir dərsdi. Təhlil edib nəticə çıxartmalıyıq.
- Komandada motivasiya görmədik. Bu, qizil medaldan əlinin üzülməsi ilə əlaqədar idi?
- Qismən razıyam. Psixo-emosional durumumuz ürəkaçan deyildi.
- Fasilədən sonra fərqli "Kəpəz" və fərqli “Qəbələ” gördük...
- Razıyam. “Kəpəz”də fantastik istək var idi.
- Hakimlik ve meydandan narazılığınız yoxdu?
- Mövsüm ərzində olub. Amma son oyunlarda heç bir iradım yoxdu. Meydançaya gəlincə, əvvəlki tək pis deyildi. Həm də rəqibin oyunu her şeyi göstərir və deyir.
- İkinci hissənin əvvəlində müdafiə və hücum arasında dəlik yarandı. Tez açılmadınız?
- Ümumiyyətlə, ikinci hissənin futbolu mənə yaddı. Bu, azarkeşin xoşuna gələ bilər. Amma mən bunu futbol saymıram.
Son xəbərlər
Son Xəbərlər