Böyük Britaniya şahzadəsi Harri ilə həyat yoldaşı, Sasseks hersoginyası Meqan Markl iki gün öncə dünyaya gələn körpəsini ictimaiyyət qarşısına çıxarıb.
“Qafqazinfo” “The Daily Mail” nəşrinə istinadən xəbər verir ki, gənc valideynlər körpə ilə Vindzor qalasında jurnalistlərə qısa müsahibə veriblər.
Onlar uşağın adı və titulu barədə hələ ki, qərar vermədiklərini bildiriblər.
Məlumata görə, körpə babası Çarlz, əmisi Uilyam, atası Harri, əmisi uşaqları Corc, Şarlotta və Luidən sonra İngiltərə taxtında oturmalı olan yeddinci şəxsdir.




Son xəbərlər
Son Xəbərlər