Bu da “Cumali”nin sevgilisi - Foto

bu-da-cumalinin-sevgilisi
Oxunma sayı: 2397

“Çukur” serialında Cumali obrazı ilə daha da populyarlaşan aktyor Necip Memilli özünə sevgili tapıb. “Qafqazinfo” xəbər verir ki, o, bir müddətdir Didem Dayıcıoğlu ilə eşq yaşayır.

Necip Didemlə şəklini instaqramda yayaraq münasibətdə olduğunu hər kəsə elan edib. O, paylaşıma “Eşq” şərhini yazıb.

Qeyd edək ki, D. Dayıcıoğlu zinət əşyaları və saat dizayneridir. O, 2020-ci ili sevgilisi ilə Romada qarşılayıb.