Bu da Enrikenin yeni doğulan körpəsi - Fotolar

bu-da-enrikenin-yeni-dogulan-korpesi
Oxunma sayı: 2005

 İspan müğənni Enrike İqlesiasla rusiyalı keçmiş tennisçi Anna Kurnikova yeni doğulan körpəsinin fotosunu paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, məşhur cütlük sosial şəbəkədə körpənin fotosunu yerləşdirərək “Mənim günəşim” sözlərini yazıb. Enrike ilə Annanın üçüncü övladının qız olduğu deyilir.

Qeyd edək ki, cütlüyün Nikolas və Lüsi adlı 3 yaşlı əkiz övladı da var.