Bu gün Avro-2020-nin seçmə mərhələsində 3-cü tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, turun son oyun günündə 13 qarşılaşma baş tutub. Günün maraqlı qarşılaşmalarından biri Konyada keçirilib. Türkiyə doğma azarkeşləri önündə son dünya çempionu Fransanı qəbul edib. Qarşılaşma Şenol Günəşin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “ay-ulduzlular” tarixində ilk dəfə fransızlara qalib gəlib.
E qrupunda qərarlaşan Azərbaycan millisi isə doğma azarkeşləri önündə Macarıstan yığmasını uduzub - 1:3.
Günün digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:
8 iyun Avro-2020 seçmə mərhələsi
C qrupu 20:00.
Estoniya - Şimali İrlandiya - 1:2
Qollar: Vassilyev, 25 (1:0), Maqennis, 77 (1:1), 80 (1:2)
22:45.
Belarus - Almaniya - 0:2
Qollar: Sane, 13, Roys, 62 E qrupu 17:00.
Xorvatiya - Uels - 2:1
Qollar: Lourens, 17-avtoqol (1:0), Perişiç, 48 (2:0), Brooks, 77 (2:1) 20:00.
Azərbaycan - Macarıstan - 1:3
Qollar: Orban, 18 (0:1), 53 (0:2), Mahir Əmrəli, 68 (1:2), Holman, 71 (1:3)
H qrupu 17:00.
İslandiya - Albaniya - 1:0
Qol: Qudmundsson, 22 20:00.
Moldova - Andorra - 1:0
Qol:Armas, 8 22:45.
Türkiyə - Fransa - 2:0
Qol: Kaan Ayhan, 30, Cengiz Ünder, 40
I qrupu 20:00.
Rusiya - San Marino - 9:0
Qollar: Kevoli, 25-avtoqol, Zyuba, 31, 73-pen, 76, 88,Kudryaşov, 36, Mirançuk, 41, Smolov, 77,83
22:45.
Belçika - Qazaxıstan - 3:0
Qollar: Mertens, 11, Kastan, 14, Lukaku, 50 22:45.
Şotlandiya - Kipr - 2:1
Qol: Robertson, 61 (1:0), Kousulos, 87 (1:1), Burke, 90 (2:1) J qrupu 20:00.
Ermənistan - Lixtenşteyn - 3:0
Qollar: Qhazaryan, 2, Karapetyan, 18, Barsegyan, 90 20:00.
Finlandiya - Bosniya və Herseqovina - 2:0
Qollar: Pukki, 56, 68 22:45.
Yunanıstan - İtaliya - 0:3
Qollar: Barella, 24, İnsinye, 30 Bonuççi, 33
Son xəbərlər
Son Xəbərlər