Bu da həmin bahalılar... - Siyahı

bu-da-hemin-bahalilar
Oxunma sayı: 4083

"Transfermarkt" 36 yaşdan yuxarı ən bahalı oyunçular siyahısını tərtib edib.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "İnter Mayami"nin futbolçusu Lionel Messi siyahıda lider olub.

O, 45 milyon avro dəyərində qiymətləndirilir.  

2-ci yerdə 15 milyon dəyərində "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo, 3-cü sırada isə 10 milyon dəyərində Luka Modriç ("Real") qərarlaşıb.

4-cü və 5-ci yerləri isə müvafiq olaraq Manuel Noyer (“Bavariya”, 7 milyon) və Serxio Ramos (6 milyon) tutub.