Bu da Monikanın sarışın halı... - Fotolar

Bu da Monikanın sarışın halı...
Oxunma sayı: 6085

İtaliyalı aktrisa Monika Belluçi “Madame Figaro” jurnalı üçün kamera qarşısına keçib.

“Qafqazinfo” xəbər verir ki, o, sarışın obrazda görüntülənib. 

İmic dəyişikliyi təsadüfi deyil. Fotosessiya Antonio Panizzinin “The Girl in the Fountain” filminin işıq üzü görməsi münasibətilə hazırlanıb. Belluçi ekran işində Federiko Fellininin “La Dolce Vita” filminin ulduzu Anita Ekberqi canlandırıb. İsveçli aktrisa 1960-cı illərin seks-simvollarından biri olub.

Monika nəşrin üz qabığında Rusiyanın “Yanina Couture” brendinin libasında və “Cartier”dən olan bilərzikdə poz verir.