Space TV- də yayımlanan “Zəhmətkeş ulduzlar” verilişində müzakirələrə səbəb olan kadrlar yayımlanıb. “Qafqazinfo” xəbər verir ki, proqramın aparıcısı Ülviyyə Əliyeva qonaqları ilə birgə Xızıya gedib.
O, yolun kənarında çörək bişirib satan xanımla rastlaşıb və onunla söhbət etməyə başlayıb.
Aparıcı “Sizin üzünüz mənə tanış gəlir” deyəndən sonra qadın müğənni Nadir Qafarzadənin bacısı olduğunu söyləyib. Adının Afət olduğunu deyən xanımın görüntüləri sosial şəbəkələrədə yayılıb və müzakirə mövzusuna çevirilib.
Son xəbərlər
Son Xəbərlər