Bu da Rasimi döydüyünə görə saxlanılan oğlanın- - Fotosu+yenilənib

bu-da-rasimi-doyduyune-gore-saxlanilan-oglanin-
Oxunma sayı: 1113


"Qafqazinfo" xəbər verir ki, musavat.com saytının yaydığı fotodakı şəxs Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovdur. 1994-cü il iyunun 21-də anadan olan Eləşən mövsümün ikinci yarısını AZAL-ın əvəzedicilərinin heyətində keçirib. 

Avqustun 9-da döyülən jurnalist Rasim Əliyev müalicə aldığı xəstəxanada dünyasını dəyişib. "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü iddia edən jurnalist səhər saatlarında həyatını itirib.

***

Komanda.az-ın məlumatına görə, Elşən İsmayılov hazırda “Qəbələ”nin əvəzedicilərinin heyətindədir. Maraqlıdı ki, “Qəbələ”yə gələndən sonra Elşən İsmayılov bir il “qocalıb". Onun doğum tarixi 1993-cü il kimi göstərilib.

“Qafqazinfo”