Bu da stadionlardakı son vəziyyət - Fotolar

bu-da-stadionlardaki-son-veziyyet
Oxunma sayı: 2810

Azərbaycan Premyer Liqasının sabah keçiriləcək 17-ci turunun oyunları ərəfəsində stadionlardakı vəziyyətlə bağlı son durum açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasovun sözlərinə görə, sabah güclü qar müşahidə olunmayacağı təqdirdə bütün qarşılaşmalar baş tutacaq.

Məlumata görə, “Bank Respublika Arena”da vəziyyət kritik olsa da,  stadionun yarıdan çoxu qardan təmizlənib və sabah bu iş davam edəcək.

Qəbələ şəhər stadionu isə əvvəldən təşkil olunmuş sistemli iş sayəsində kritik durumlara daha yaxşı hazırdır. Oyunun rəsmi nümayəndələri, qonaq komanda artıq Qəbələ şəhərindədir.

Zirə İdman Kompleksində isə qarın təmizlənməsinə əlavə qüvvə və texnika cəlb olunmaqla sabah səhər saatlarında başlanılacaq.

“Azersun Arena”da da qarın təmizlənməsinə səhər saatlarından başlanılacaq, stadion axşam saatlarındakı oyuna qədər hazır vəziyyətə gətiriləcək.

AFFA və PFL hər ehtimala qarşı sabah klubları qırmızı topla da təmin edəcək.

Sonda onu da bildirək ki, Premyer Liqanın 17-ci turu çərçivəsində sabah “Qəbələ” – “Sumqayıt” (15:00), “Zirə” – “Neftçi” (16:00), “Sabah” – “Keşlə” (17:30) və “Qarabağ” – “Səbail” (18:30) görüşləri baş tutacaq.