Bu da yeni iPhone SE 2 - Foto

bu-da-yeni-iphone-se-2
Oxunma sayı: 3707

Sosial şəbəkələrdə “Apple” şirkətinə məxsus yeni iPhone SE 2-nin fotosu yayılıb.

“Qafqazinfo”nun xəbərinə görə, yeni məhsulun təqdimatı 2020-ci ilin ilk yarısında olacaq.

Qeyd olunur ki, smartfon iPhone 4 və iPhone 5 kimi metal çərçivədən hazırlanıb, lakin ön ekranda düymə yoxdur.

Bundan əlavə, cihaz iPhone 11 kimi iki kameralıdır. Telefon yalnız 4G bağlantısını dəstəkləyəcək, eyni zamanda 64/128 GB yaddaşa sahib olacaq.