Bu dairədə iki məntəqə ləğv edildi

bu-dairede-iki-menteqe-legv-edildi
Oxunma sayı: 1492

Mərkəzi Seçki Komissiyasının növbəti iclasında 9 fevral parlament seçkilərində deputatlığa namizəd olan şəxslərin şikayətlərinə baxılır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, MSK katibi Arifə Muxtarova bildirib ki, 91 saylı Ucar seçki dairəsindən namizəd Məmmədov Əbilin şikayəti daxil olub. Şikayət araşdırılıb və rəy verilib ki, protokolların tərtib olunması zamanı hər hansı qanun pozuntusu qeydə alınmayıb. Bundan başqa, videogörüntülərə də baxış keçirilib və müəyyən edilib ki, 18 və 38 saylı seçki məntəqələrində pozuntular qeydə alınıb.

Səsvermə nəticəsində MSK qərar verib ki, həmin dairələrin nəticələri etibarsız hesab edilərək ləğv edilsin.

Qeyd edək ki, bu dairə üzrə lider YAP-ın namizədi Ramil Həsəndir.

Murad Əhməd