Bu dairələr üzrə müraciətlər də DSK-ya göndərildi

Bu dairələr üzrə müraciətlər də DSK-ya göndərildi
Oxunma sayı: 4361

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bəzi seçki dairələri üzrə MSK-ya daxil olmuş müraciətlərə baxılıb. 

“Qafqazinfo” xəbər verir ki, 51, 46 ,16, 68, 42, 20,12, 66 saylı dairələrdən daxil olmuş müraciətlər baxılması üçün müvafiq Dairə Seçki Komissiyasına göndərilib. İclasda həmçinin bəzi namizədlərin müraciətləri qanununvericilikdə göstərilən müddət ötürülməklə verildiyindən onların özünə geri qaytarılıb. 

MSK sədri Məzahir Pənahov qeyd edib ki, müddəti keçmiş şikayəti araşdıra bilməzlər: “Belə araşdırmanın hüquqi qüvvəsi olmaz. Biz lazım olsa, bununla bağlı Ali Məhkəməyə də müraciət edə bilərik”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi