“22, 31 və 78 saylı seçki dairələrindən daxil olan şikayətlər Mərkəzi Seçki Komissiyası tərəfindən ciddi araşdırılacaq”.
“Qafqazinfo”nun məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
“Biz qarşıdakı günlərdə həmin şikayətlərin araşdırma nəticələrini MSK-nın iclasında müzakirəyə çıxaracağıq. Mübahisəli məsələlər varsa, MSK bununla bağlı qərar verəcək", - deyə M.Pənahov bildirib.
MSK sədri əlavə edib ki, bu həftə şikayətlərin aşadırılması tam yekunlaşacaq.
Nuranə Daxilqızı