Bu daşınar əmlaklar nağdsız qaydada alınacaq

bu-dasinar-emlaklar-nagdsiz-qaydada-alinacaq
Oxunma sayı: 4708

Ümumi məbləği 15 min manatdan artıq olan daşınar əmlakın alqı-satqısı yalnız nağdsız qaydada həyata keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə sərəncam imzaladığı “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə əksini tapan yeni - 3.4.16-cü maddədə qeyd edilib.

Qanuna əsasən, rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Bu Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.