Bu dəfə 150 minlik dələduzluğa görə tutuldular

bu-defe-150-minlik-deleduzluga-gore-tutuldular
Oxunma sayı: 2510

Bakıda dələduzluqda şübhəli bilinən iki nəfər tutulub.

“Qafqazinfo” Daxii İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 16-da paytaxt sakininindən dələduzluq yolu ilə 150.000 manatının alınması barədə Nərimanov rayon Polis İdarəsininin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Taleh Süleymanov və əvvəllər məhkum olunmuş Fariz Aslanov müəyyən olunaraq saxlanılıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.