Bu dəfə “Açıq mikrofon” Cəfərli kəndində qurulacaq

bu-defe-aciq-mikrofon-ceferli-kendinde-qurulacaq
Oxunma sayı: 955

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. 

“Qafqazinfo” xəbər verir ki, bu dəfə “Səyyar qəbul otağı” Cəlilabad rayonunun Cəfərli kəndində təşkil olunacaq.

Sentyabrın 28-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.