“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əziz Məsmalıyev rayon gənclərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşıdırılması istiqamətində görülən işlərdən danışıb.
Ağstafa rayon Təhsil Şöbəsinin müdiri Fərhad Vəliyev Azərbaycan xalqının tarixi uğurlarından danışıb. Şöbə müdiri deyib ki, Azərbaycan tarixini dərindən öyrənən hər bir gənc öz soy-kökü ilə fəxr edə bilə.
Layihənin eksperti, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin İdarə Heyətinin üzvü Seymur Verdizadə TUMİB-in gənclər arasında vətənpərvərlik ideyalarının təbliği istiqamətində gördüyü işlərdən danışıb. S.Verdizadə bildirib ki, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsinin icrasına ötən ildən başlanılıb. “Layihənin aktuallığını nəzərə alıb, cari ildə də onun icrasını davam etdirməyə qərar verdik. Dünən Qazax rayon Gənclər Mərkəzində böyük bir tədbir keçirdik. Yaxın bir ayda Masallı, Lənkəran, Şəki və Quba şəhərlərində də gənclərin iştirakı ilə tədbirlər keçirəcəyik. Gənclərin yaradıcılıq imkanlarını üzə çıxarmaq üçün layihə çərçivəsində şeir, mahnı, rəsm və yazı müsabiqələrinin keçirilməsi nəzərdə tutulub”.
Tədbirin sonunda iştirakçılara TUMİB-in diplomları verilib.