Bu dəfə Bibiheybət qəsəbə nümayəndəliyi hesabat verdi

bu-defe-bibiheybet-qesebe-numayendeliyi-hesabat-verdi
Oxunma sayı: 794


Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Fariz Xəlilov bildirib ki, qəsəbədə hazırda 2350 nəfər əhali yaşayır, burada həmçinin 370 nəfər məcburi köçkün məskunlaşıb. 

Başa çatmış ildə müvafiq Dövlət Proqramının icrası ilə bağlı Bibiheybət  Mədəniyyət evi və kitabxanada əsaslı təmir-möhkəmləndirmə işləri aparılıb, burada əlavə sahə tikilib, istilik sitemi qurulub və fevralın 12-də açılış mərasimi keçirilib. 

Rayon İcra Hakimiyyəti Başçısının qəsəbədə apardığı açıq qəbul zamanı sakinlərin müraciəti nəzərə alınaraq qəsəbənin girişində yeni yükləyici terminal, qəsəbədəki tibb məntəqəsində yeni istilik sistemi quraşdırılıb.

Yay aylarında Muxtarov qəsəbəsindən «Şıx» çimərliyi və Salyan şossesində ərazidəki hasarlar ağardılıb, ətrafda abadlıq işləri aparılıb, divarlara 500 kv.metr aqlay vurulub, 10000 kvadrat metr sahəyə yeni yaşıl ot örtüyü salınıb,  N.Quliyev və Məktəb küçələrinə RİH tərəfindən 500 kvadrat metr sahəyə asfalt örtüyü salınıb.  

Novruz və Ramazan bayramları, həmçinin 20 Yanvar və Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilib, ərazidə yaşayan aztəminatlı və qaçqın ailələrinə RİH tərəfindən ayrılmış yardımlar paylanıb. 

Qəsəbə nümayəndəliyi tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı gündəlik nəzarətdə saxlanılıb və bu istiqamətdə ciddi bir problemlər yaşanmayıb. 

İl ərzində qəsəbədə Səbail rayon Enerji təchizatı və satış idarəsi tərəfindən kabelləşdirmə işləri başa çatdırılıb, qəsəbədə abonentlər tam sayğaclaşdırılıb. 

Qəsəbə Mədəniyyət evi və 50 saylı məktəb kollektivinin köməkliyi ilə qəsəbədə  müxtəlif bayramlarla ilə bağlı kütləvi tədbirlər, Ramazan bayramında qəsəbədəki xeyir şər evində iftar süfrəsi təşkil olunub, qəsəbə sakini Cabir Məmmədov və Mirzəyeva Manya RİH-nin maliyyə dəstəyi ilə həcc ziyarətinə göndərilib.

 Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov prezident İlham  Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Bibiheybət qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb. 

Asif Əsgərov 2014-cü ildə rayonda görülən işlər və həyata keçirilən sosial yönümlü layihələr, Bakıda keçiriləcək ilk Avropa oyunlarına hazırlıq barədə geniş məlumat verib. Qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən hazırda Bakı Bulvarının Bibiheybət qəsəbəsinə kimi uzadılması və yeni tikilən Su İdmanı Sarayından qəsəbə istiqamətindəki böyük ərazidə geniş miqyaslı abadlıq işləri həyata keçirilir. 

Bildirib ki, RİH tərəfindən qəsəbədaxili yolların təmiri, küçələrin asfaltlaşdırılması və işaqlandırılması qəsəbənin su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı tədbirlər görüləcək. 

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb, yeni seçilmiş  qəsəbə bələdiyyəsi üzvləri sakinlərə təqdim olunub.