Bu dəfə canlı yayımdakı davranışları ilə diqqət çəkdi - Video

bu-defe-canli-yayimdaki-davranislari-ile-diqqet-cekdi
Oxunma sayı: 3598

Tez-tez qəribə davranışları ilə gündəmə gələn türkiyəli müğənni Yıldız Tilbenin son halı müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, sənətçi instaqram hesabında canlı yayım açaraq makiyaj edib. Müxtəlif rəngli pariklər taxaraq qeyri-adekvat hərəkətlər edən Tilbenin bu görüntüsü sevənlərini təəccübləndirib.

Onun videosuna çoxsaylı şərhlər yazılıb. Bəzi izləyicilər müğənninin görünüşünü bəyənsələr də, əksəriyyəti onun sağlamlıq vəziyyətinin yaxşı olmadığını bildiriblər.