Bu dəfə “Chery” quyuya düşdü - Foto

bu-defe-chery-quyuya-dusdu
Oxunma sayı: 1248

Abşeron rayonu Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun Unikal.org-a istinadən məlumatına görə, qəza bu gün səhər “Bizim Market”in qarşısından keçən küçələrin birində qeydə alınıb. Qeyd edilir ki, həmin ərazidə kanalizasiya xətlərinin bərpası ilə əlaqədar yollar qazılıb, təmir işləri aparılır.
 
Belə ki, “Chery” markalı avtomobilin sürücüsü idarəetməni itirərək kanalizasiya quyusuna düşüb. 

Hadisədə sürücü xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib.