Meksikada altı polis cinayətkarlardan qaçdıqlarına görə 27 ildən artıq müddətə həbs cəzasına məhkum ediliblər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Excelsior portalı məlumat yayıb.
Məlumata görə, polislər 2016-ci ildə Sinaloa ştatının Kristo-Rey qəsəbəsinə çağırışa gəliblər. Polislər yerli sakini oğurlayan, sayca onlardan çox olan quldurlardan qorxaraq qəsəbəni tərk ediblər.
Sakinlərdən biri isə bu anı videoya çəkib və həmin kadrlar məhkəmədə sübut kimi istifadə olunub. Oğurlanmış şəxsin isə Masatlan-Duranqo yolunda cəsədi tapılıb.
Mühakimə olunan polislərin rəhbərliyi geri çəkilməni hansısa strateji taktika olduğunu bildirsə də məhkəmə bununlar razılaşmayıb.
Məhkəminin qərarına əsasən asayiş keşikçiləri fəaliyyətsizliklərinə görə azadlıqdan məhrum ediliblər.
Son xəbərlər
Son Xəbərlər