Türkiyəli aktrisa Pınar Deniz Paris Moda Həftəsində “L'Oréal Paris”in dəfiləsində iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, ana olmağa hazırlaşan 30 yaşlı aktrisa Kendall Cenner, Kara Delevinqne, Eva Lonqoria, Ceyn Fonda və Endi Makdauell kimi dünyaca məşhur modellərlə eyni podiuma çıxıb.
Qeyd edək ki, Pınar bir neçə gün öncə Romada həmkarı Kaan Yıldırımla evlənib.