Sloveniyada təlim-məşq toplanışında olan Azərbaycanın U-21 yığması bu gün növbəti yoxlama oyununa çıxıb.
“Qafqazinfo” xəbər verir ki, Yaşar Vahabzadənin çalışdırdığı millimiz bu dəfə Bosniya və Herseqovina ilə münasibətlərinə aydınlıq gətirib.
Bu toplanış çərçivəsində iki dəfə Sloveniyanın gənclər yığması ilə qarşılaşan komandamız ilk oyunda 1:4 uduzsa da, növbəti görüşdə 2:1 hesabıyla qalib gəlmişdi. Bu görüşdə isə qapılara qol vurulmayıb.
Beləliklə, yığmamız Sloveniya toplanışını heç-heçə ilə yekunlaşdırıb.
Azərbaycan - Bosniya-Herseqovina - 0:0.
Son xəbərlər
Son Xəbərlər