Bu dəfə Hindistan Pakistanın təyyarəsini vurdu

bu-defe-hindistan-pakistanin-teyyaresini-vurdu
Oxunma sayı: 1555

Hindistan Hərbi-Hava Qüvvələri ölkənin hava sahəsini pozan Pakistana məxsus “F-16” qırıcı təyyarəsini vurub. “Qafqazinfo”nun “The Times of India” nəşrinə istinadən xəbərinə görə, pilot katapult etsə də, onun səhhəti haqqında məlumat yoxdur. 

Hazırda Pakistanda beş hava limanı bağlanıb. Eləcə də paytaxt İslamabadda bütün daxili və beynəlxalq reyslər ləğv edilib. 

Bundan başqa, Hindistan hökuməti ölkənin şimalında hava sahəsinin bağlanmasına dair qərar verib, “Amritsar” aeroportunda mülki reyslər müvəqqəti olaraq həyata keçirilmir.

Qeyd edək ki, bu gün Pakistan ordusu Hindistan Hərbi-Hava Qüvvələrinə məxsus təyyarəni vuraraq bir pilotu əsir götürüb. 

Xatırladaq ki, Hindistanla Pakistan arasında Kəşmir uğrunda hərbi qarşıdurma 1947-ci ildən davam edir. Hər iki ölkə nüvə silahına malikdir.