Bu dəfə iki bacı dəm qazından zəhərləndi

bu-defe-iki-baci-dem-qazindan-zeherlendi
Oxunma sayı: 3217

Ağsuda iki bacı dəm qazından zəhərlənib.

“Qafqazinfo”nun məlumatına görə, Ağsu şəhər M.Ə.Rəsulzadə küçəsində  yaşayan 2009-ci il təvəllüdlü İsmayılova Sehranə Ruslan qızı və  2014-ci il təvəllüdlü İsmayılova Rəna Ruslan qızı zəhərlənmə əlamətləri ilə Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Müayinə zamanı hər iki şəxsin hamam otağında dəm qazından zəhərləndiyi məlum olub.

Xəstəxanada bacılara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Mübariz Muradov