Bu dəfə klipdə baş rola çəkildi - Video

bu-defe-klipde-bas-rola-cekildi
Oxunma sayı: 4757

Aktrisa Nərgiz Əliyeva bu dəfə tanınmış repçi Aslixan və müğənni Ayaz Babayevlə birgə yeni layihəyə imza atıb.

“Qafqazinfo” xəbər verir ki, gənc aktrisa Aslixanla Ayazın “Nə üçün belə?” adlı duetinin klipində baş obraz kimi kamera qarşısına keçib.

Fərman Bəşirlinin direktorluğu ilə lentə alınan layihə ötən gün yutub platformasında yayımlanıb.

Qeyd edək ki, sözügedən mahnının sözləri Miro, musiqisi Miro və Aslixana məxsusdur.