2019-cu ildə “Liverpul”la “Tottenhem” arasında keçirilən ÇL-in finalında meydana daxil olaraq, məşhurlaşan Kinsi Volanski növbəti dəfə də eyni addımı atıb.
“Qafqazinfo” xəbər verir ki, rus model bu dəfə Avstriyada gündəmə düşməyi bacarıb. Volanski yarıçılpaq şəkildə xizək yarışlarının keçirildiyi dağda qaçaraq, kameralara düşüb. O, ötən günlərdə helikopter qəzasında vəfat edən əfsanəvi basketbolçu Kobi Brayant üçün başsağlığı verdiyi plakatı nümayiş etdirib.
Modeli təhlükəsizlik əməkdaşları yarışın keçirildiyi yerdən uzaqlaşdırıblar. O, kayakçı Aleks Vinatserlə şəkil çəkdirib.
Kinsi Volanskinin “Instagram”da 3,5 milyon izləyicisi var.


Son xəbərlər
Son Xəbərlər