“Bu dəfə kömür üçün deyil, ömür üçün gəldik…”

bu-defe-komur-ucun-deyil-omur-ucun-geldik
Oxunma sayı: 2676

Türkiyə Taşkömür Təşkilatına (TTK) tabe olan mədənçilər zəlzələlərdən zərər çəkən Adıyamanda dağıntılar altında qalanları çıxartmaq üçün öz işlərini davam etdirirlər.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarış-xilasetmə işlərində onlara Zonguldak və Bartından olan mədənçilər də dəstəyə gəlib.

Onların qaldıqları məktəbin lövhələrində yazdıqları sözlər isə hər kəsi duyğulandırıb.