38 yaşlı rusiyalı supermodel İrina Şeyk “Vogue Korea” jurnalının avqust sayının üz qabığında yer alıb.
“Qafqazinfo” xəbər verir ki, tanınmış sima əynində İtaliya geyim brendini nümayiş etdirib.
Fotosessiyadan cəmi 2 kadr sosial şəbəkədə yayımlanıb. Fotoların müəllifi Filipp-Deniel Dükassdır.
Qeyd edək ki, İrina Şeykin aktyor Bredli Kuperdən Leya adlı qızı var. Cütlük 2019-cu ildə ayrılıb.