Masallıda karantin qaydalarını pozan daha bir neçə şəxs müəyyən edilərək inzibati qaydada cərimələnib.
“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, epidemiya əleyhinə rejimin qaydalarını pozan 7 nəfər Masallı sakininin rayonun Binə Xocavar kəndi ərazisində futbol oyunu təşkil etdikləri aşkarlanıb.
Həmin şəxslər polis şöbəsinə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.
Son xəbərlər
Son Xəbərlər