“Məhəmməd üçün” adlı xeyriyyə aksiyası çərçivəsində tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, konsertin keçirilməsində məqsəd kəskin limfoblastik leykemiya (qan xərçəngi) xəstəliyindən əziyyət çəkən 2010-cu il təvəllüdlü Məhəmməd Musazadənin Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Hacettepe Universitetinin xəstəxanasında müalicə almasına maddi yardım göstərmək olub.
Səməd Vurğun adına Rus Dram Teatrında keçirilən konsertdə müğənnilər Röya, Natavan Həbibi, Roza Zərgərli, Emil Bədəlov, Samira, Yaşar Cəlilov, Ceyhun Qala, Xuraman Şuşalı, Əbdul Xalid və Sevinc Musayeva çıxış edib.
Fotolar: Nuran








Son xəbərlər
Son Xəbərlər