Bu dəfə meydana qadın azarkeş daxil oldu - Fotolar

bu-defe-meydana-qadin-azarkes-daxil-oldu
Oxunma sayı: 9439

AVRO-2020-nin B qrupu çərçivəsində keçirilən Finlandiya - Belçika matçında maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın gedişində meydana qadın azarkeş daxil olub.

O, köynəyin üzərində adı yazılan kriptovalyutanı reklam edib.

Məsələyə müdaxilə edən stadionun təhlükəsizlik xidmətinin əməkdaşları qadını meydançadan çıxardıblar.

Qeyd edək ki, sözügedən qarşılaşma Belçikanın 2:0 hesablı qələbəsiylə başa çatıb.