Bu dəfə Moskvada 36 reys təxirə salındı

bu-defe-moskvada-36-reys-texire-salindi
Oxunma sayı: 2336

Moskva hava limanlarında 36 reys təxirə salınıb, 12 reys isə gecikir.

"Qafqazinfo "RİA Novosti"yə istinadən xəbər verir, "Domodedovo" hava limanında 6 reys təxirə salınıb, 9 reys gecikir, "Şeremetyevo"da isə 30 reys təxirə salınıb, 3 reys isə gecikir.

Qeyd edək ki, Moskvada qeyri-sabit hava şəraiti davam edir. Bu gün səhərdən isə güclü külək və qar daha da güclənib.