Yeddinci dəfə ailə həyatı qurmağa hazırlaşan türkiyəli müğənni Seda Sayan evliliyinin detallarını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, “2-ci sayfa” verilişinə telefonla bağlanaraq gələcək həyat yoldaşı, musiqiçi Çağlar Öktenlə aralarında gözəl bir enerjinin olduğunu deyib:
“Evlilik üçün Çağlar məni yox, mən onu yola gətirdim. Aramızda gözəl bir enerji var. İkimizin də istədiyi bu idi. Bir-birimizə çox güvəndik, güvən mənim üçün çox önəmlidir. Heç gözləmədiyim bir anda, yəni Sevgililər Günündə evlilik təklifi aldım. Çağların addımı məni həm təəccübləndirdi, həm də çox duyğulandırdı. Ona görə də “sonsuza qədər hə” dedim. 14 Fevralda onu izləməyə getmişdim. Gecə bitəndən sonra hər kəs getdi. Gecə saatlarında Çağlar diz çöküb evlilik təklifi etdi. O an nə dediyini xatırlamıram”.
Sayan Öktenlə nikaha may ayında girəcəyini və onunla nikah müqaviləsi imzalamayacağını deyib: “Dəqiq tarixini indi deməyim. Çağların araşdırılmaya ehtiyacı yoxdur. Çox təmiz, düzgün biridir. Özümü çox şanslı hiss edirəm. Xaricdə, konsulluqda evlənəcəyik. Bu günə qədər nikah müqaviləsi bağlamışam, amma Çağlarla bunu etməyimə ehtiyac yoxdur. Doğru vaxta və teleyə çox inanan biryəm. Çağlar büdcəsini aşaraq mənə brilliant üzük alıb. Qıymaram ona. Telli-duvaqlı gəlinlik geyinmərəm. Sadə bir libas geyinib ərimin ardınca gedərəm”.
Son xəbərlər
Son Xəbərlər