Türkiyəli müğənni İşın Karaca aparıcılıq etdiyi maqazin proqramında onunla bağlı yanlış xəbərlər yayan Seren Serengili həbs etdirmək istəyir.
“Qafqazinfo” xəbər verir ki, müğənni bir neçə dəfə proqram rəhbərliyinə xəbərdarlıq edib, daha sonra məhkəməyə verib.
Qərara əsasən, aparıcılar Seren Serengil və Cengiz Semercioğluya İşın barədə danışmaq qadağan olunub.
Lakin, proqramda məhkəmənin qərarına zidd addım atılaraq sənətçi barədə sujetlər verilib, aparıcılar tənqidi fikirlər səsləndirib.
Bundan sonra İ. Karaca 1 aydan 6 ayadək Seren Serengil və Cengiz Semercioğlunu həbs etdirmək qərarına gəlib.
Hər iki tanınmış sima ifadə vermək üçün məhkəməyə dəvət edilib.
Qeyd edək ki, fevral ayında müğənni Gülbən Ərgən əleyhinə danışan və sujetlər təqdim edən aparıcı-müğənni Seren Serengil 3 günlük həbs olunmuşdu.
Son xəbərlər
Son Xəbərlər